Gündəm

Bakı-Sumqayıt yolunun genişləndirilməsi neçəyə başa gəlir? - Sədr açıqladı

Bakı-Sumqayıt yolunun genişləndirilməsi neçəyə başa gəlir?
Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər kilometri 778 min manata başa gəlməlidir.
Kanal14 xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün YAP qərargahında ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər: "Əvvəllər Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. Hazırda isə bu rəqəm çox artıb və Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Təbii ki, bu avtomobillərin hamısı Bakının mərkəzinə gəlmir. Ona görə də indiyədək görülən işlər müəyyən qədər problemin həllinə yardım edib”.

Sədr onu da qeyd edib ki, bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub.

S.Məmmədov deyib ki, Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir: "Yolların keyfiyyətli olması sürətə də təsir edir”.
 

Cahan.info