Gündəm

Kamil Musavinin döyüş yoldaşından ŞOK İTTİHAMLAR: "Onun kobud səhvi üzündən əlil olduq"

 Tanınmış Qarabağ qazisi Kamil Musavinin əsgəri olmuş Elşən Yusifov keçmiş komandiri barədə sensasion ittihamlar səsləndirib. 


Kanal14  xəbər verir ki, Elşən Yusifovun həmin videomüraciətini "Yenilik.az" saytı yayıb. 


Elşən Yusifov 2015-ci ildə əlil olarkən Kamil Musavinin əsgəri olduğunu vurğulayıb:


"2015-ci ildə mən, köməkçim Şahmar və komandirim Kamil Musavi döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək ağır yaralanmışır. Həmin vaxtı verilən tapşırığa əsasən, ərazini mən minalardan təmziləyirdim. Komandirim Kamil Musavi və əsgər yoldaşım Şahmar isə mən minaları təmzilədikdən sonra hərəkət etməli idi. Ancaq Kamil Musavi komandir kimi kobud səhvə yol verərək, mənim və özünün ömürlük əlil olmasına səbəb olub. Əgər həmin döyüş tapşırığı zamanı Kamil Musavi minalardan təmizlənmiş ərazi ilə hərəkət etsəydi, o zaman nə mən ayaqlarımı, nə də kamil ayağını və gözünü itirməzdi. Ümumiyyətlə, Kamil Musavinin qazilərin adından danışmağa haqqı yoxdur. O, özünün yol verdiyi kobud səhvi ucbatından özünü və döyüş yoldaşlarını ağır yaralayıb". 


Elşən Yusifovun həmin videomüraciətini təqdim edirik:

Demokrat.az