Gündəm

“Bu, əhalinin real gəlirlərinin artmasına imkan verəcək” - Elman Rüstəmov

“Bu, əhalinin real gəlirlərinin artmasına imkan verəcək” - Elman Rüstəmov
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 

"Cari ildə də manatın sabitliyi, onun tənzimlənməsi Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzində olacaq".

"Kanal14 ” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

"2020-ci ildə sabitlik olacaq. Makroiqtisadi sabitliyi qorumaq əsas vəzifələrimizdəndir. İnflyasiya hədəfi dəyişmir. Biz çalışacağıq, inflyasiyanı 4% ətrafında lövbərləşdirə bilək. Bildirək ki, bu, son 3 ilin inflyasiya səviyyəsidir. Bu da əhalinin real gəlirlərinin artmasına imkan verəcək", - deyə E. Rüstəmov qeyd edib. (APA-Economics)