Gündəm

Ana yaş fərqinə görə qızını BOŞATDIRDI - FOTOLAR

Azərbaycanda ana yaş fərqinə görə qızını boşatdırıb.

 Kanal14 Sonxeber.az-a istinadən  xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən və ataları Samir Şükürovu axtaran Rəna və Fatimə məlumat veriblər.

 

Onların sözlərinə görə, ata və anaları arasındakı yaş fərqinə görə, nənələri ailəni dağıdıb:"Anam atamdan 6 yaş böyük idi. Anam 1974, atam isə 1980 təvvəlüd idi. Ona görə də nənəm onların bir yerdə yaşamasına icazə vermədi. Atam anamdan ayrılsa da bizi hər gün görməyə gəlirdi. Mənim 8 yaşım olanda anam rəhmətə getdi. Atamı sonuncu dəfə 2014-cu ildə görmüşəm. Nənəm bizə görüşməyə imkan verməyib. Hər həftə bizi gəzməyə aparırıdı. Bir dəfə atama dedim ki, gözüm ağrıyır. Məni xəstəxanaya aparıb gözümü müalicə etdirdi. Nənəm bizə imkan vermirdi ki, atamla görüşək".

Aysel Yusifqızı
Ana yaş fərqinə görə qızını BOŞATDIRDI - FOTOLARAna yaş fərqinə görə qızını BOŞATDIRDI - FOTOLAR