Gündəm

AZAL "Avropanın ən punktual aviaşirkəti" adına - LAYİQ GÖRÜLÜB

AZAL


"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2019-cu ildə Avropanın ən punktual aviaşirkəti adına layiq görülüb.

 Kanal 14 FED.az-a istinadən  xəbər verir ki, bu barədə AZAL özü məlumat yayıb.

Məlumatda deyilir ki, dünyanın hava səyahətləri üzrə ən böyük məlumat bazası "Official Airline Guide”ın (OAG) hesabatına görə, AZAL bütün planlaşdırılan uçuşların 86,8% -ni vaxtında yerinə yetirərək Avropa aviaşirkətləri arasında I yeri tutub.