Gündəm

WADA-nın hesabatı: Azərbaycan dopinqdən istifadəyə görə neçənci sıradadır?

 WADA-nın hesabatı: Azərbaycan dopinqdən istifadəyə görə neçənci sıradadır?
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 Ümumdünya Anti-Dopinq Agentliyi (WADA) 2017-ci ilin hesabatını açıqlayıb.

 Kanal14 Oxu.Az-a istinadən  xəbər verir ki, idmanda pozuntuların sayı bir əvvəllə müqayisədə 13,1% artıb. Belə ki, 1804 dopinqdən istifadə halları aşkar olunub.

Ən çox dopinq istifadəsi İtaliyada aşkarlanıb – 171 dəfə. Fransa 128, ABŞ 103 və Braziliya 84 pozuntu ilə sonrakı sıralarda qərarlaşıb. Bu ayın 10-da qarşıdakı Qış və Yay Olimpiya Oyunları, eləcə də DÇ-2022 daxil olmaqla dörd illik beynəlxalq idman yarışlarından uzaqlaşdırılmış Rusiya 82 pozuntu ilə dördüncü sıradadır.

 
 
 
 
 

Azərbaycan idmançıları da siyahıda "yuxarı” pillələrdədir. İl ərzində 32 qayda pozuntusuna yol verən təmsilçilərimiz siyahıda 14-cüdür.

Milli üzvləri 30 dəfə dopinq test zamanı "ilişibsə”, iki dəfə bundan imtinaya görə cəzalanıb. 30 pozuntudan 24-ü kişi, altısı qadın idmançıların hesabındadır. Bunlardan 21-i yarış zamanı, doqquzu turnirdən kənar aşkarlanıb.

10 müxtəlif idman növündəki təmsilçilərimizdən götürülən analizlər müsbət nəticə verib. İdmançılarımız ağırlıqqaldırmada daha çox – doqquz dəfə "fərqlənib”. Güləşdə altı, velosiped idmanında dörd, atletika və bodibildinqin hərəsində üç, həndbol və cüdonun hərəsində iki belə hal yaşanıb. Bir qayda pozuntusuna yol verilən üç idman növü sırasında boks və karate ilə yanaşı, nə qədər qəribə olsa da amerikan futbolu da var.

245 min 232 dopinq testin götürüldüyü 2017-ci ildə 93 idman növü üzrə 114 ölkə təmsilçisi yoxlanılıb. Bodibildinq (266), atletika (242), velosiped idmanı (218) növləri daha çox "ilişiblər”.