“Xalqının var-dövlətini talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın”
Kanal14"Yeni Sabah”-a istinadən xəbər verir ki, məşhur aktrisa bibisinin Amerikaya köçməsi və orada xeyriyyə fondu yaratması barədə yayılan məlumatlara münasibət bildirib:
Zeynəb Xanlarovanın maliyyə imkanları ilə bağlı yayılan xəbərlərə isə yalnız bunu deyə bilərəm ki, Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsində qazandığı ruzini yeyir. Və qazandığı bu ruzini isə kimə, hara xərcləyər onun öz şəxsi məsələsidir. Heç kimə aidiyyatı yoxdur. Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Zeynəb Xanlarova kimi olan dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyillər.
Zeynəb Xanlarova Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz”.
Xatırladaq ki, son günlər yayılan iddialara görə Zeynəb Xanlarovanın Amerikada xeyriyyəçiliklə məşğul olduğu üzə çıxıb. Xalq artisti hələ 7 il əvvəl Amerikada "Zeynab Khanlarova Foundation”u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur.