Gündəm

Bakıda beynəlxalq toplantı – Sədrlik Milli Məclisə keçəcək

Bakıda beynəlxalq toplantı – Sədrlik Milli Məclisə keçəcək
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası dekabrın 18-də Bakıda keçiriləcək.

kanal14-ün məlumatına görə, iclasdan öncə Assambleya Şurasının toplantısı olacaq. Təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Milli Məclisinə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.