Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə / Foto

Tibb Universiteti tibdən başqa nə öyrədir?

 Tibb Universiteti tibdən başqa nə öyrədir?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 Uşaqlıqda zəif  olduğum üçün tez-tez xəstələnib,xəstəxanaya düşürdüm. Xəstəxanada müalicə aldığımız zaman qəbul etdiyimız dərmanlardan,vurulan iynələrdən çox   bizi qorxudan tibbin simvolu olan vazaya dolanmış ilan rəsmi idi. Böyüyüb həyatı dərk etdikdən sonra qorxularım üzərində dərin-dərin düşündüm. Düşüncələrimin sonunda tibbin simvolu ilandan çox, o simvolun uniformasını daşıyan ağ xalatın qara siması  olan həkimlər gözümdə daha qorxunc varlığa döndülər. Dəhşətlisi də ondan ibarətdir ki, simalarında körpə məsumiyyəti, qəlblərində iblis nifrəti gəzdirmələridir. Əlbətdə ki, dediyim qorxunc ittihamı bütün həkimlərin adına şamil etmək çox böyük haqsızlıq,ədalətsizlik olar. Elə isə kimin "bostanına daş atdığımızı” söyləyək ki, əsl həkim adına laiq olanlar bizdən inciməsinlər.

 

"DogruXeber.az” informasiya agentliyinin redaksiyasına daxil olmuş müraciət Tibb Universitetinin Tədris Terapevtik Klinikasının atmosferasının "Ozon” qatını dəldi. "Dəlinmiş qat”dan boylanıb içəri baxdıqda heybətli mənzərənin şahidi olduq. Klinikanın direktoru Samir Abdullayev  tədris müəssisəsində tədrisdən çox "təhdid” öyrədir. Direktor Samir Abdullayev rəhbəri olduğu klinikada təkbaşına "külüng çalmağın” ağır olduğunu nəzərə alıb özünə sadiq  köməkcilər qismində Ürək-damar Mərkəzinin şöbə müdiri Elnur İmanovu və angioqrafiya laboratoriyasının tibb bacısı Elnurə İmanovanı "qanadları altına aldı”. Heyət hazır olduqdan sonra xəstələri qaz kimi yolmaq üçün "qazanlar ocağın üzərinə qoyuldu”

 

H.Əliyev Fondu ölkədə imkansız xəstələrin müalicəsi və əməliyyatları üçün kifayət qədər dəstək olur. Fonda müraciət edən hər bir xəstənin istər Bakı şəhərində,istərsə də Respublikanın digər yerlərində aldıqları müalicələri,əməliyyatları fond tərəfindən həyata keçirilir. Çox təəssüf ki, Tibb Universiteti Tədris Terapiya Klinikasında bu mümkün deyil. Fond tərəfindən göndərilən xəstə və ya xəstə yaxınları hər bir halda klinikaya küllü miqdarda (2000-lə 5000 min AZN) arasında vəsait ödəməlidirlər.

 

Ödədikləri pulllar üçünsə yazılan çeklər ölkə üçün qəbui olunmuş xüsusi standartlarla tərtib edilmiş formalarda deyil, A4 kağızlarında yazılıb təqdim olunur. Bu isə o deməkdir ki,klinika açıq-aşkar vergidən yayınır.  Müəssisədə baş verən özbaşınalığın maliyyə tərəfi. Əsas məsələ peşəkarlıq sahəsində baş alıb gedən hədsizliklərdir.

Umarov Yasin adlı xəstə klinikada əməliyyat olunur. Əməliyyat düzgün aparılmır. Əməliyyatdan sonra həkim əməliyatın videodiskini tələb edir. Gerçəkləri əks etdirən videodiski həkimə təqdim edən  əməliyyat iştiraıçısının gözləri önündə həkim orginal videodiski məhv edir. Həkim Elnur İmanov ondan xoşa gəlməyən kadırların məhv edilib, videodiskin yenidən yazılmasını tələb edir. Tibb bacısı Aygül Məmmədova da həkimin arzusunu yerinə yetirməyi özünə şərəf hesab etdiyi üçün kadrları məhv edib, həkimin bacarıqsızlığını ört-basdır edir. Lakin etdiyi əməlin necə bir qanun pozuntusu olduğunun əsla fərqinə varmır.

 

Elnur İmanov təkcə bəhs etdiyimiz klinikada deyil eləcə də Topcubaşov adına xəstəxanada ürək-damar əməliyyatlarını həyata keçirir. Fond tərəfindən göndərilən xəstə Topcubaşov adına xəstəxanada Elnur İmanov tərəfindən əməliyyat olunur. Elnur həkim xəstənin yaxınlarından  iki min pul tələb edir.Xəstə yaxınları o qədər pulları olmadığını söylədikdə "mal-qaranı satb gətir” deyə, ana qarşısında sərt tələb qoyur. Əli yerdə-göydən üzülən ana Elnur həkimin dediyi kimi mal-qarasını satıb gətirir. İddialara görə bundan sonra da Elnur İmanov özü deyil, digər həkimə əməliyyatı həvalə edir. Əməliyyat uğursuz alındığndan xəstəni ağır drumda buraxırlar.

Yuxarıda qeyd etdik ki,klinikada təkcə həkim fırıldaqlarına deyil,maliyə fırıldaqlarına da geniş vüsət verilib. Klinikanın işçisi tərəfindən Vergilər Nazirliyinə göndərilən şikayət məktubu əsasında yoxlamaya gəlmiş nazirliyin Cavid adlı  müfəttişü nədənsə bu qədər sadaladığımız nöqsanları görə bilməyib. Bəlkədə nəyəsə xatir görməməzlikdən gəlib.

 

Tibb Universiteti Tədris Terapiya Klinikası "zərbəçi əməyi” ilə daima gündəmdə olan tibb ocaqlarındandır. Tibb ocaqlarından ki, burada tələb olunan ödəniş qiymətləri hər bir halda vətəndaşının büdcəsi ilə "tərs mütənasib”lik daşıyır.Yəni tibbi dildə desək vətəndaşın pul qabısı klinikanın qiymətləri ilə müqaisə olunduqda çarəsiz "xərçəng” xəstəliyinə mübtəladır. Biz burada riyaziyat həll etmək istəmirik. Onu bilmək istəyirik ki, bəhs etdiyimiz klinikanın”dillərə dastan şöhrəti” haqda zaman-zaman mətbuatda yazılar dərc olunub. Lakin nədənsə tez bir zamanda yoxa çıxıb. Düşünürük ki, klinikanın direktoru Samir Abdullayev və sadiq komandası sosial şəbəkələrdə də "cərrahi əməliyyat aparmaq” iqtidarındadırlar ki, haqlarında gedən yazıları "cərrah skolper”i ilə aradan qaldıra bilirlər.

 

Yazımın əvvəlində tibbin simvolundan qorxduğumuzu söyləmişdik. Yəqin bu yazıdan sonra niyə qorxduğumuzun səbəbini sizlər də anladınız.

Məqalədə qeyd olunanlar faklar və əldə etdiyimiz məlumatlar əsasında dərc olunub. Bu klinikada baş verənlərin kiçik bir hissəsidir. Növbəti buraxlışımızda klinikada baş verən qanunsuzluqlar barəsində geniş məlumatları diqqətinizə çatdıracağıq.

 

P.S. Redaksiya olaraq ilk öncə barəsində redaksiyamıza çox saylı şikayət xarakterli müraciət daxil olmuş Urək-Damar mərkəzinin şöbə müdri Elnur imanovla telefon əlaqəsi saxladıq. Zəngimizə cavab verən Elnur İmanov,haqqında deyilənlərin hər birin inkar etdi. Və digər suallarımıza cavab verməyə vaxtı olmadığını bildirdi. Növbəti zəngimiz isə klinikanın drektoru Samir Abdullayev oldu. Drektor suallarımızı cavablandımaqdan imtina edib bildirdi ki,üzünü görmədiyim şəxslərin suallarını cavablandırmıram. Drektor S.Abdullayevin klinikaya gəlmək təkidlərindən sonra suallarımıza cavab almaq üçün məcbur qalaraq Tibb Terapevtik Klinikasında S.Abdullayevlə görüşdük. Görüş zamanı gördüyümüz mənzərə bizi şok etdi. Bu haqda növbəti buraxlışımızda hər şeyi biləcəksiniz

Bizi izləyin..!!

"DogruXeber.az