Gündəm

Zəhərlənən beş tələbə xəstəxanadan evə yola salınıb

Zəhərlənən beş tələbə xəstəxanadan evə yola salınıb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Qazaxda zəhərlənən tələbələr xəstəxanadan evə yola salınıblar.

Bu barədə Kanal14.az-a Qazax Müalicə Diaqnostika Mərkəzindən bildiriblər. Qeyd olunub ki, xəstəxanaya çatdırılan tələbələrin vəziyyəti elə də ciddi olmayıb. Həkimlərin ilkin tibbi yardımından sonra onlar ambulator müalicəyə yola salınıblar.

Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecininin 5 tələbəsi 19 yaşlı Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların tüstüdən zəhərləndiyi ehtimal olunur.

/Trend