Gündəm

“Uşaqlıqda narkotik çəkmişəm” — Jirinovski

“Uşaqlıqda narkotik çəkmişəm” — Jirinovski
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Uşaqlıqda mən də narkotikdən istifadə etmişəm. Nəsə turş dadı var idi, amma buna öyrəşmədim”.

 

"Kanal14.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Dövlət Dumasının "İnternetdə narkotiklərin təbliği və yayılması təhlükəsi” mövzulu iclasında deyib. O bildirib ki, ona narkotik maddəni yaşca ondan böyük olan dostları təklif edib və nə olduğunu belə bilməyib:

 

"Ancaq mən buna öyrəşmədim. Birdən başqasının xoşuna gəlsə, necə? Bunu belə qoymaq olmaz”.

 

Jirinovski, həmçinin, narkotik alverçilərini ölkənin uzaq regionlarına xaric etməyi təklif edib.