Gündəm

Sumqayıt-Bakı qatarının gecikməyinin səbəbi bilindi

Sumqayıt-Bakı qatarının gecikməyinin səbəbi bilindi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.

Bu barədə "Yeni Sabah"a qurumdan bildirilib. 

Məlumatda deyilir ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir.

"Azərbaycan Dəmir Yolları” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.