Gündəm / Cəmiyyət / Təhsil / Foto

“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto

“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
Dahilərdən gözəl bir kəlam var: Elm adamlarının qiymətini bilməyən,onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. Bəli, bu kiçik misraya diqqət etsək batinində böyük məna kəsb etdiyinin fərqinə vararıq.

Kainatın yaranması və inkişafının bir başa elmlə bağlı olduğunu hər kəs bilir. Məhz bu səbəblərdir ki,bir sıra böyük dövlətlər elmin sayəsində inkişafın yüksək zirvəsini fəth etməyi bacarıblar. Doğrusun desək əvvəlki illərə baxdıqda, ölkəmiz son illər müxtəlif sahələrdə inkişaf etmiş ölkələrlə müqayisədə,keçirilən yarışlarda yüksək nəticələrə imza atmışdılar.

Bu isə,ölkə Prezidentinin daxildə və xaricdə apardığı uğurlu siyasətinin nəticəsidir. Bu cür aparılan uğurlu siyasətə dəstək olan müxtəlif sahələr üzrə müəssisə, idarə və təhsil ocaqlarının rəhbər kollektivləri də vardır.

"MUMTV.az” xəbər verir ki, 7 noyabr tarixində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Məktəbin 9 "Z” sinif şagirdi Süleymanova Sevinc Qafar qızı uğurlu çıxışına görə qalib gələrək I yerə laiq görülmüşdür.

Sonunda Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur. Tədbirdə iştirak edən 288 saylı tam orta məktəbin direktoru Taleh Quliyev qalib olan şagird S. Süleymanovanı qürur hissi ilə təbrik etmişdir.

Eyni zamanda məktəbdə 7-ci siniflərüzrə riyaziyyat fənnindən bilik yarışması keçirilib. Yarışda 2 qrup qalib elan olunub. Qalib qrupların müəllimləri Bəşirova Aytəkin və Mirzəyeva Şəhla olmuşdur.

Keçirilən uğurlu tədbirdə məktəb direktoru Taleh Quliyev qalib seçilmiş şagirdlərlə xatirə fotosu çəkdirmişdir.



Xəyalə İbrahimli
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto