Gündəm

Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI

Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 

"Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlu bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyə qərar verib.

 

Kanal14.az-ın məlumatına görə, jurnalist bu haqda danışarkən "cənab Prezidentin apardığı islahatlara və gəncləşdirmə siyasətinə inanaraq, mən də bələdiyyə üzvlüyünə namizədliyimin qeydiyyata alınması ilə bağlı müraciət etdim” deyib.

 

F.Fərhadoğli namizədliyini 32 saylı Suraxanı üçüncü seçki dairəsindən irəli sürüb.

 

Xatırladaq ki, bundan əvvəl tanınmış bloger Mehman Hüseynov da bələdiyyə seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.