Gündəm

"İcra başçısı bu binada qalır..." - "Hər ay da 124 manat kirayə haqqı ödəyir"

"İcra başçısı bu binada qalır..." - "Hər ay da 124 manat kirayə haqqı ödəyir"
 
 
 
 
 
 
 
 
 
 
Az əvvəl portalımızda "İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan..." başlıqlı məqalə yer alıb.

Bununla bağlı DİA.AZ-a müraciət edən İmişli rayon icra hakimiyyətinin nümayəndəsi yazılanlara iradını bildirməklə yanaşı qeyd edib ki, rayon İH başçısı heç də deyilən ünvanda qalmır:

"Vilyam müəllim İmişli Şəkər Zavodunda ailələr üçün tikilmiş yataqxanada qalır. Buna görə də aylıq 124 manat kirayə haqqı ödəyir".