72 yaşlı Xalq artisti yenidən sədr seçildi
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti 10-cu qurultayı baş tutub.
Tədbirdə İttifaqın idarə heyəti və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Daha sonra sədrlik üçün səsvermə keçirilib.
ABİ-yə rəhbər yenidən Xalq artisti Firəngiz Əlizadə seçilib. O, daha 5 il müddətinə İttifaqa rəhbərlik edəcək.
Qeyd edək ki, 72 yaşlı Xalq artisti 12 ildir ki, sözügedən qurumun sədridir.(Qafqazinfo)