Gündəm

Rihanna Trampı “ruhi xəstə” adlandırdı

Rihanna Trampı “ruhi xəstə” adlandırdı
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
Dünyaca məşhur ulduz Rihanna ABŞ prezidenti Donald Trampı "ruhi xəstə” adlandırıb. 

"Kanal14.az” xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı müğənni "Vogue” jurnalına müsahibəsində Texasda baş vermiş silahlı hücumdan danışıb. Rihanna insanların irqçiliyə məruz qaldığını və bunun günahının prezidentdə olduğunu deyib:

"İnsanlar qanuni şəkildə satın alınan silahlarla öldürülür. Bu, normal bir şey deyil. Normal qəbul edilməməlidir. İnsanlar dərilərinin rənginə görə ayrıseçkiliyə məruz qalırlar. Bu, insanların üzünə vurulan şillədir. İrqçilikdir!  Mənə elə gəlir ki, hazırda bir ruhi xəstə varsa,  o da prezidentdir”.