Gündəm

Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutuldu

Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutuldu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Bakı metrosunda cibgirlik edən şəxs tutulub.

"Kanal14.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun "Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.