Gündəm

“Gəncə məhbusu”nun ölümü ilə bağlı - Rəsmi açıqlama

“Gəncə məhbusu”nun ölümü ilə bağlı - Rəsmi açıqlama
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib: "O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası 4 mərhələ, Viruslu Hepatit C, Anemiya, Baş-beyin ödemi, Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.

Mehman Sadıqov qeyd edib ki, hazırda prokurorluq tərəfindən məhkumun meyiti ekspertizadan keçirilir: "Hazırda E.Qulieyin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilir, daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək”.

Qeyd edək ki, E.Quliyev "Gəncə hadisələri” zamanı həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.