Gündəm / Hadisə

Bakıda dəhşətli qətl - Gəlin qaynanasını öldürdü

 
Bakıda dəhşətli qətl - Gəlin qaynanasını öldürdü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bakıda gəlin qaynanasını öldürüb.

"kanal14” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir qədər sonra isə qətlin üstü açılıb. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində 70 yaşlı Qreçneva Valentina Aleksandrovnanın gəlini tərəfindən qətlə yetirildiyi məlum olub. Gəlini onun başına küt alətlə vuraraq öldürüb. 

Hadisəni törədən şəxs artıq saxlanılıb.