Gündəm

Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi

Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Azərbaycanın "Eurovision-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Kanal14.az"a verilən məlumata görə, gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.

Qeyd edək ki, "Eurovision-2020” müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində "Ahoy Arena”da keçiriləcək./Yenisabah