Gündəm / Şou / Dünya

83 yaşlı müğənni özündən 32 yaş cavan sevgili tapdı - Fotolar

83 yaşlı müğənni özündən 32 yaş cavan sevgili tapdı - Fotolar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

Türkiyənin məşhur müğənnisi Gönül Yazar 83 yaşında yenidən aşiq olub.

"Kanal14.az” xəbər verir ki, "Kanal D”-də yayımlanan "İkinci səhifə” proqramında telefonla suallara cavab verən müğənni hər kəsin marağına səbəb olub.

Belə ki, 7 dəfə ailə qurub boşanan müğənni,"İnşallah yenidən gəlinlik geyərəm. Bir aydır sevgilim var” – deyərək diqqətləri cəlb edib. Müğənninin yeni sevgilisi Rüzgar Mağdenin özündən nə az, nə çox 32 yaş kiçikdir. Müğənninin yeni sevgilisi və həm də həmkarı olan Rüzgar Mağdenin 51 yaşı var. O, sosial mediada "Sən ey gözəl qadın, nə yaxşı ki, varsan. Dilimə duadır adın”- paylaşımını edərək Gönül Yazarı təbrik edib. 

83 yaşlı sənətçi isə canlı efirdə sevgilisi ilə bağlı bunları deyib:

"Rüzgar 10 yaşında mənə aşiq olub. "Böyüyəndə bu qadınla evlənəcəyəm” deyib. Vaxt gələcək mənim də ona vurulacağımı düşünməzdim. Biz bir-birimizi çox sevirik. Nə mən başqasına baxaram, nə də o baxmaz. Evlənməyi düşünmürük”.