Gündəm / Cəmiyyət / Sosial

Yayın istisində harada sərinləmək olar? “Qaçqınkomda" - Foto

Yayın istisində harada sərinləmək olar? “Qaçqınkomda" - Foto
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
Biz insanlar bəzən düşünürük ki, sədəqə verib savab qazanmaq üçün maddi imkanların geniş olması lazımdır. Bəzən bir damla su paylanan xaral-xaral çörəkdən daha üstün savab qazandırır.

Xüsusilə isti yay günlərində. Azərbaycan Respublikası Qaçqınların işi üzrə Dövlət Komitəsi bunu bildiyi üçün vətəndaşların qəbulu şöbəsində su balonları yerləşdirib. Bəs necə yerləşdirdiyini bilirsiniz? Komitəyə işi düşən insanlar bayırın nəfəskəsən istisindən böyük çətinliklə özlərini komitənin binasına çatdırıb, yanan ürəklərini bir qurtum su ilə sərinləşdirməyə çalışırlar. Su balonunu görəndə gözlərinə işıq gəlir. Bir stəkan doldurub içmək istəsə, mat-məəttəl balonun yan- yörəsin axtarır. Suyu içməyə bir qab tapmayıb susuzluqları daha da şiddətlənir. Üstəlik vətəndaşların qəbulu otağında insanların sayı çoxdursa, bürkü daha dözülməz olur. 
Bunlar komitənin vətəndaşlarına göstərdikləri xidmətin ən kiçik çatışmazlığıdır deyib, göz yummaq olar.

Əsas çatışmazlıq odur ki, vətəndaşlara göstərilən münasibətlərdə məmur təkəbbürü dözülməzdir. Gəlin ilk öncə komitənin hansı məqsədlə yaradılmasını diqqətə çəkək. 30 ilə yaxın bir zamandır doğma torpaqlarını, ata-baba yurdlarını, ev-eşiklərini itirib, taleyin qaçqınlıq köçkünlük yükünü daşıyan nisgilli insanların problemlərini qismən də olsa həll etməyə xidmət vəzifəsini yerinə yetirməyə borcludur. Lakin bu vəzifənin öhdəsindən laiqincə gələ bilir mi? Göründüyü kimi yox.................

Qəbula gələn vətəndaşları ondan öncə heç bir səlahiyyət sahibi olmayan aşağı vəzifəli məmur qarşılayıb yetərindən artıq "zəhərləyir". "DogruXeber.az " İnformasiya Agentliyinin şahidi olduğu fakta əsaslanaraq bildiririk ki, komitə sədrinin müavini Fuad Hüseynovun q əbulu zamanı qaba davranışı ilə vətəndaşı özündən çıxaran məmurun kim olduğu ilə maraqlandıq. Kimliyi həm özü, həm də kolleqalari tərəfindən ciddi cəhdlə gizlədilən Naxçıvan ləhçəli məmur komitədə vəzifəsini icra etməkdən çox, qabalıq etmək üçün işə qəbul edildiyini düşündük. Düşünürük ki, komitə sədri təyin etdiyi səlahiyyətli nümayəndələrini köçkün düşmüş bölgələrdən təyin etsəydi, onların köçkünlərlə rəftarı yerli şəxslərdən təyin olunmuş məmurlardan tamam fərqli olardı. Atalar demişkən: -"Dərdi çəkən bilər”. O ki, qaldı komitədə olan bu gün ki qəhramanımıza hərçənd ki, vəzifəsini və adını bilmirik ləhcəsindən Naxçıvanlı olduğunu bildiyimiz üçün deyə bilərik ki, quruma gələn insanlara göstərdiyi qaba rəftarına görə məhəbbətdən çox, nifrət qazanırdı. Adını gizli saxlamasına gəlincə isə, məsləhət görərdim "Bəxt üzüyü" filminin sevimli qəhramanı Söylüdən örnək alsın. "Adsız dəyirmanda xoruz oler". Demək ki, bir qadın qədər cəsarətli deyil. 

Düşündünüz ki, sudan başlayıb, mövzunu haralara apardıq. Amma bizə elə gəlir ki, Qaçqınkom da su balonlarının yanında stəkan düşünülərəkdən qoyulmayıb. Vətəndaşların məmurları tərəfindən sinirlərinin tarıma çəkiləcəyindən əmin olduqları üçün ovuclarını doldurub, üz-gözlərinə su vursunlar ki, sinirləri sakitləşsin. Hər halda bu da vətəndaşların "qayğısı" üçün bir addımdır. 

"DogruXeber.az"