Gündəm

Kərimovlar ailəsinin Londondakı sərvəti — Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb (FOTOSƏNƏDLƏR)

Kərimovlar ailəsinin Londondakı sərvəti — Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb (FOTOSƏNƏDLƏR)
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Azərbaycan mediasında adı  daha çox Salyan rayonunun "kiçik padşahı” kimi təqdim olunan sabiq icra başçısı Tahir Kərimov ölkə xaricində də böyük biznesə sahibdir.


AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, 2006-2016-cı illər ərzində Daşkəsən və Salyan rayonlarına başçılıq edərkən, Azərbaycanda dəbdəbəli həyat tərzi sürən məmurlarından biri kimi göstərilən, tutduğu vəzifələrdə bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf etməkdən çəkinməyən, hər zaman qalmaqallı övladları ilə bağlı gündəmdə olan sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib. Belə ki, Birləşmiş Krallığın registr məlumatlarında Tahir Kərimovun özünün və övladlarının adına xeyli sayda şirkətlər və daşınmaz əmlak var.


Araşdırmalar nəticəsində Tahir Kərimoun oğlu Tural Kərimov və qızı Aynur Kərimovanın adına şirkətlər müəyyən edilib. Xüsusilə, Tural Kərimoun adına 3 fərqli şirkət var. Bunlardan biri "Premium Horions Limited” adlı şirkətdir. Bu şirkət 2013-cü ildə təsis edilib və şirkəti Kərimov övladları arasında "ata malı” kimi bölüb. Həm Tural Kərimov, həm də Aynur Kərimova şirkətin hissədarlarıdır.


Bundan sonra isə ötən il Tural Kərimova məxsus " KIEVAN ACCOUNTANTS LTD” və "Kerimov Holdings LTD” şirkətləri təsis edilib. Hər üç şirkət eyni ünvanda Solar House adlı bir ofis mərkəzinə qeydiyyatdadır.

 

Image result for Tahir Kərimov
 

Hələ bu Tural Kərimovun biznes dairəsinin hamısı deyil. "ESPERTO ESPRESSO LIMITED” adlı şirkət 2018-ci ildə Tural Kərimov tərəfindən təsis edilib. Şirkət "Natural Coffee” adı altında Londonda yerləşən "136- 138, Kentish Town Road” ünvanında yerləşir. Şirkətdə kofe və orqanik qida satışını həyata keçirən Kərimoların bu mülkünün dəyəri 1,323,000 £ funtsterlinqdir.


Tahir Kərimovun ölkədən çıxartdığı pullar bununla bitmir, övladlarının qeydiyyatda olduğu Flat 22, Priestley Court, Princes Gate, High Wycombe, Buckinghamshire HP13 7WZ ünvanındakı evi 2017-ci ilin 11 sentyabr tarixində Kərimovlar 240,000£ funtsterlinqə satın alıb.


Qeyd edək ki, Azərbaycan mediasında dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, ən əsası, balıq ovçusu kimi qələmə verilən Tahir Kərimovun digər oğlu Həmzə Kərimov SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəridir. Həmzə Kərimovla yanaşı qardaşı Tural Kərimovun da adı bir-çox qalmaqallarda hallanıb.


Kərimovlar ailəsinin Birləşmiş Krallıqdakı biznesi ilə bağlı sabiq icra başçısından münasibət öyrənmək cəhdlərimiz alınmadı. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Tahir Kərimovun ailə biznesinə aid sənədləri və görüntüləri təqdim edirik: