Gündəm

“Tarixi filmlərimizin nümayişi üçün televiziyalarımızın qonarar ödəməsi normaldır...”

“Tarixi filmlərimizin nümayişi üçün televiziyalarımızın qonarar ödəməsi normaldır...”
 
 
 
 
 

 
 
 
 
 
Kinorejissorlar Gildiyasının tarixi filmlərimizin nümayişi üçün televiziyalarımızdan qonarar tələb etməsi qarşı tərəfin narazılığına səbəb olub. Televiziyalarımız bildirir ki, tarixi filmlərimizin nümayiş olunması bizim üçün çox vacibdir və buna görə qonarar tələb olunması düzgün deyil. 

Məsələyə münasibət bildirən şair Zakir Fəxri Moderator.az-a açıqlamasında dünyanın hər yerində tətbiq olunan bu cür qanunun bizdə də həyata keçirildiyini dedi və tarixi filmlərimizə görə televiziyalarımızın qonarar ödəməsinin normal olduğunu bildirdi:

"Bu bütün dünyada qəbul olunmuş bir qanundur və bizdə də belədir. Televiziyalarımız istənilən filmi nümayiş etdirmək üçün buna görə qonarar ödəyir. Bu baxımdan da tarixi filmlərimizin nümayişi üçün televiziyalarımızdan qonarar tələb olunması normaldır. Bunun ortaq bir məxrəcin tapmaq lazımdır. Film çəkiləndən sonra bu artıq bir kommersiyadır və o pulsuz nümayiş oluna bilməz. Hər iki tərəf bunun kökünə getməlidir. Bəyəm xaricə kitab aparıb, orda kitab çıxarmağı  pulla etmirik ki?! Mən düşünürəm ki, filmin nümayişi qonararla olmalıdır”.