Gündəm

Külək dəmir qapını qadının üstünə aşırdı

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. 

Kanal14.az  APA-ya istinadən xəbər verir ki, Yeni günəşli qəsəbəsində küləyin təsirindən dəmir qapı aşaraq oradan keçən qadının üzərinə aşıb.

Ağır xəsarət alan 1971-ci il təvəllüdlü Nəbiyeva Nurlana Ağamalı qızı dərhal 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.