Gündəm

Vəkillərə ödənişlər nağdsız formada olacaq


 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından bildiriblər ki, iclasda "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib. Nağdsız hesablaşmaların cari ilin oktyabr ayının 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.

Bundan əlavə, iclasda vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərə 30 iyul 2019-cu il tarixdə, Azərbaycan vəkilliyinin 100 illiyinin təntənəli qeyd olunması ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi, aztəminatlı ailələrə və sosial təyinatlı obyektlərə baş çəkilməsi tövsiyə edilib.