Gündəm

Bakı sakini qızının itkin düşməsi barədə polisə məlumat verib

 

Bakıda 23 yaşlı qız 22 gün əvvəl itkin düşüb.

"Qafqazinfo” xəbər verir ki, Sabunçu ayonu, Zabrat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü T.Əsgərzadə iyunun 6-da evdən gəzmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Onun atası Ş.Əsgərzadə iyunun 27-də polisə müraciət edərək bu barədə məlumat verib. O bildirib ki, 20 gün ərzində qızını özü axtardığı üçün polisə deməyib.

Faktla bağlı araşdırma aparılır.