Gündəm

Təranə SİRLƏRİ AÇDI: “Həbsdə olduğum 6 ay 6 gün…”

Təranə SİRLƏRİ AÇDI:












"Həyatımın ən xoşbəxt günlərindən birini paylaşıram. Mayın 6-da çəkilən videodur. Sizə bir sirr açım: həbsdə olduğum o, 6 ay 6 gün ərzində zərrə qədər nədənsə kasadlıq çəkmədim. Müəyyən dostlarım, anam və ən əsası həyatımın sahibi olan insan çiynimə ömürlük sədaqət və vəfa borcu qoydu”.

Primetime.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə bölüşüb. O, həbsdən çıxdığı gün lentə alınan videosunu yayımlayıb:

"Həmin müddətə qədər çıxan kimi ilk edəcəyim iş nə olacaq deyə düşünürdüm. İndi isə gözlərim yaşara-yaşara bu videonu paylaşıram. Ürəyim necə əsir, içim necə titrəyirdi. Sükana necə ehtiyatla toxunur, azadlığın dadını doya-doya çıxarmaq istəyirdim. Həmin gün çox xoşbəxt idim. Qarşıdakı müəyyən şeylərdən xəbərsiz idim, amma yenə də çox şükür edirəm. Xoşbəxtəm, çünki güclü xanımam. Allahdan başqa heç bir qüvvə məni sarsıda, sındıra bilməz. Ey adam, yenə də sənə hər şeyə görə təşəkkür edirəm. Hətta arada vurduğun zərbələrə görə də. Onlar məni daha da güclü edir. Səndən gələn acı belə şirindir”.