Gündəm / Siyasət

Elmar Məmmədyarov həmsədrlərlə görüşdü

 
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, Endryu Şöfer və İqor Popovla görüşüb.

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeba öz "Twitter" səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər daha əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanla görüşüblər. Bu gün həmsədrlərin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq. Bakupost