Gündəm / Dünya

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq


İndoneziya hakimiyyət orqanları Levotobi Laki-laki vulkanı üçün ən yüksək xəbərdarlıq səviyyəsini təyin edib.


"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə püskürüb və 3-5,5 kilometr hündürlüklərə kül səpib.


Levotobi Laki-lakinin püskürmə ehtimalı hələ də yüksək olduğu üçün təhlükə səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.


Səlahiyyətlilər əhalini və turistləri Levotobi Laki-laki kraterinə altı kilometrdən daha yaxın yaxınlaşmamağa çağırıb. Bundan əlavə, şiddətli yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola bilər.