Cəlilabadda İcra hakimiyyətinə tabe olan bu idarənin 117 min manat vergi borcu var
Dövlət büdcəsindən daxilolmaları qanunsuz xərcləyən və dövlət qarşısında olan öhdəliklərini ödəməyən təşkilatların araşdırması və oxuculara təqdim olunması saytımız tərəfindən davam etdirilir.
"Kanal14.az" xəbər verir ki, CƏLİLABAD KOMMUNAL MÜƏSSİSƏLƏRİ KOMBİNATI Cəlilabad rayon İcra hakimiyyətinə tabe olan qurumdur və nizamnamə kapitalı 18.077 manatdır.
Təşkilatın rəhbəri İSGƏNDƏROV İSLAM QURBANƏLİ oğludur.
Rayonda tender pozuculuğunda yaxından iştirak edən bu təşkilatın dövlət büdcəsinə nə az nə çox 117.000 (yüz on yeddi min) manat vergi borcu var. İllərdir vergi öhdəliklərini yerinə yetirməyən bu təşkilata rəhbər şəxslər Cəlilabad rayon İcra hakimiyyəti başçısı tərəfindən təyin olunur.