Gündəm / Cəmiyyət

Napoleonun qılıncı hərraca çıxarılır

Napoleonun qılıncı hərraca çıxarılır

Fransa imperatoru I Napoleonun (1769-1821) qılıncı hərraca çıxarılacaq.


"Kanal14.az" xəbər verir ki, bu barədə satışın təşkil olunacağı "Drouot" hərrac evinin məlumatında bildirilib.


Məlumata görə, Napoleon həmin qılıncı hakimiyyətinin əvvəlindən sonuna kimi saxlayıb. O, 1802-ci ildə Fransa Respublikasının Birinci Konsulu olduqda, Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən şəxsi istifadə üçün qılınc sifariş edib. Napoleon yalnız taxtdan imtina etdikdən sonra qılıncını ən yaxın silahdaşlarından birinə - marşal Emmanuel de Qruşiyə verib.


“Silah 1815-ci ildən marşalın övladlarında saxlanılır və ilk dəfə açıq hərraca çıxarılacaq”, - hərrac evindən bildirilib.


Qeyd edilir ki, hərraca çıxarılanla eyni olan ikinci qılınc Rusiyada, Sankt-Peterburq Ermitaj Muzeyinin kolleksiyasındadır.


Mütəxəssislər onun dəyərini 700 min avro ilə 1 milyon avro arasında qiymətləndirirlər.


Hərrac mayın 22-də Parisdəki “H tel Drouot” mehmanxanasında keçiriləcək.