Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

TƏBİB cəmiyyətdəki nüfuzunu itirir - Buna səbəb isə...

TƏBİB cəmiyyətdəki nüfuzunu itirir - Buna səbəb isə...
TƏBİB ketdikcə cəmiyyətdəki nüfuzunu itirir.

"DogruXeber.az" xatırladır ki, 2018-ci ilin dekabr ayında Oktay Şirəliyevin hörmətdən saldığı səhiyyəyə dəstək - daha dəqiq desək səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək üçün "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) adlı yeni qurum yaradıldı. Bu qurumun rəhbər kürsüsünə isə Ramin Bayramlı gətirildi. Lakin Ramin Bayramlı yerini isitməmiş başlatdığı villa tikintisi ilə media gündəminə bomba kimi düşdü. Təbii ki, bu onun üçün gözlənilməz idi. Odur ki, media və ictimaiyyət tərəfindən linç edilməsinə tab gətirməyib istefa verən Ramin Bayramlının yerinə 2022-ci ilin sentyabr ayında onun müavini Vüqar Qurbanov təyin edildi.

Vüqar Qurbanov idarəçiliyi başladıqdan sonra həqiqətən də qurumun fəaliyyətində müsbətə doğru böyük dönüş yaranmışdı.

"Yaranmışdı" ifadəsini ona görə keçmiş zamanda işlədirik ki, TƏBİB-in tabeliyində olan bir çox tibb müəssisələrinin, eləcə də qurumun bəzi məsul şəxslərinin fəaliyyətində son aylar ardıcıl nöqsanlar üzə çıxır. Bu nöqsanlar isə TƏBİB və onun rəhbəri Vüqar Qurbanov fəaliyyətini sözün əsl mənasında ləkələyir.

Zaqatala, Sabirabad, Göyçay, Qusar və digər bir neçə rayon mərkəzi xəstəxanalarında baş verən ölüm halları, dövlət qeydiyyatına olan ağır xəstələrin dərmanlarının vaxtında verilməməsi, ümumiyyətlə hər cüzi səbəbdən ötrü insanların günlərlə, hətta həftələrlə get-gələ salınması və sair problemlər insanların tibbə olan inamını sarsıtmaqla bərabər, narazılıqları da artırır.

Yuxarıda da qeyd etdiyimiz kimi tibb sahəsində mövcud olan böyük problemlərin demək olar ki, hamısının kökü məhz cüzi problemlərdir. Zamanında aradan qaldırılmadığı üçün xəstəxanalarda özbaşınalıq, etinasızlıq, insanlara qarşı laqeydlik dərəcəsinə qədər böyüyən səbəblər və bu səbəblərdən baş verən ölüm hadisələri sağlamlığımızı tibbə etibar etmək əvəzinə, bizi tibbdən qorxar hala gətirdi.

Öhdəliklərindən biri də tibb sahəsində nəzarət etmək olan TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamaq müşkülə çevrildiyi üçün insanlar xəstəxanalarda yaşadıqları çətinliklərdən şikayət etməyə də yer tapa bilmirlər və ən sonda mətbuata üz tuturlar. Mətbuat nümayəndələri də vətəndaşın müraciətini yayımlamadan əvvəl ilk olaraq məsələni aydınlaşdırmaq, həmçinin cavabdeh qurumun mövqeyini öyrənmək üçün yenə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova ilə əlaqə saxlamağa cəhd göstərir. Amma...

Bəli, mətbuat nümayəndələrinin də cəhdləri siravi vətəndaşlar kimi nəticəsiz qalır. Vəzifəsinin adı hətta "ictimaiyyətlə əlaqələr" olan Zamirə xanım birmənalı olaraq ictimaiyyətə qapalıdır. Günün istənilən saatında, iş vaxtı olmasına baxmayaraq xanım dəstəyi qaldırmır. Belə olan halda müəssisə çalışanlarında arxayınçılıq, bu arxayınçılıqdan zara gələn insanlarda isə TƏBİB və onun rəhbərliyinə qarşı aqressiya yaranır. Bir sözlə, məsul şəxsin məsuliyyətsizliyi ucbatından Vüqar Qurbanovun rəhbərlik etdiyi sahənin inkişafı üçün sərf etdiyi bütün zəhməti və əməyi kölgə altına düşür.

Qeyd edək ki, TƏBİB-in tabeliyində olan bir neçə tibb müəssisələrində baş verən bədbəxt hadisələr və digər ciddi nöqsanlar barəsində növbəti yazımızda ətraflı bəhs edəcəyik.

Bizi izləməkdə davam edin.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az