Gündəm / Siyasət / Dünya

"Azərbaycana bunları eyni vaxtda imzalamağı təklif edirik" - Paşinyan

"Azərbaycana bunları eyni vaxtda imzalamağı təklif edirik" - Paşinyan

"Biz Azərbaycana Sülh Sazişini və MINSK Qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti eyni vaxtda imzalamağı təklif edirik".

"Kanal14.az"" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Yəni, Sülh Sazişini və ATƏT-in MINSK Qrup strukturlarının ləğvi ilə bağlı birgə ərizəni masaya qoymaq, həm birinci, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamağı təklif edirik", - deyə Paşinyan açıqlayıb.