Gündəm / İdman

Cüdoçumuz Almaniyadan qızıl medalla qayıdır

Cüdoçumuz Almaniyadan qızıl medalla qayıdır


Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.


"Kanal14.az" xəbər verir ki, 48 kq-da mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.


Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.