Azərbaycanlı müğənni insult keçirdi
Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.
"Kanal14.az"ın Axşam.az-dan əldə etdiyi məlumata görə, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.
O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.
N.Pişyarinin yaxınları ilə əlaqə saxlamağa çalışsaq da cavab verən olmayıb.