Gündəm / İdman

Millimiz qrup qalibi kimi əsas mərhələyə vəsiqə QAZANDI

Millimiz qrup qalibi kimi əsas mərhələyə vəsiqə QAZANDI

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu keçirib.

"Kanal14.az" xəbər verir ki, B qrupunda yer alan millimiz San Marinonun Serravalle şəhərində yeri komanda ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb.

Ötən gün ilk matçında Kosovo yığmasına 4:1 hesabı ilə qalib gələn U-19 komandamız qrup birincisi kimi əsas mərhələyə vəsiqə qazanıb.