Gündəm / Hadisə

Aşıq Mübariz həmkarını DÖYDÜ

Aşıq Mübariz həmkarını DÖYDÜ
Aşıq Mübariz Camaloğlu saytının suallarını cavablandırıb.
- Mübariz bəy, istərdim ki, əvvəlcə yaradıcılığınızdan danışaq.

- Yeni mahnılar lentə aldırmışam, övladlarımın adına yazdığım bəstələrim də var. Mahnılardan birinin adı "Səbuhi", digərinin adı "Səbunə"dir. 

- Bildiyimə görə toylarda daha çox ifa edilən "Eləsinə, beləsinə" mahnısı da sizin bəstənizdir.

- Bəli, o mahnı da mənimdir, Sevil İsgəndərli oxuyub. Hər yerdə oxunur, hər kəs də mənim olduğunu bilir. 

- Həmin mahnıya görə qonorar almısınızmı?

- Hədiyyə etmişdim.

- Sizin sazla etdiyiniz hərəkətlər çox tənqid edildi. Ancaq idi yəqin özünüz də görürsünüz ki, etdiklərinizi təkrarlayan gənc aşıqlar var. Təkrarlanmağınız sizdə qıcıq yaratmır ki?

- Bəli, hiss edirəm ki, məni yamsılayırlar. Elə hərəkətləri daha çox Cavanşir Məmmədovun ansamblında işləyəndə edirdim. Sazı yerə qoyub çalırdım. O vaxt tək deyildim, özüm özümə cavabdehlik daşımırdım. Cavanşir Məmmədov deyirdi ki, et, mən də edirdim. Ansambldan uzaqlaşdığın on ildən artıqdır və həmin hərəkətləri etmirəm. İndi sazla etdiyim bütün hərəkətlər qurşaqdan yuxarıdır. Amma indikilər sazı bərbad günə salırlar. Baxanda hirslənirəm, hətta bir neçəsini buna görə döymüşəm. Demişəm ki, qardaş, bunu belə eləmə də. Vaxtında məni kimsə məcbur edirdi deyə eləmişəm, indi özüm özümün ağasıyam. Sazı toylarda çox biabırçı vəziyyətə salırlar. Saza yaraşmayan hərəkətlərdir. Elələri efirə çıxanda hamı mənə zəng vurur ki, bu orada nə düşük hərəkətlər edir. Deyirlər ki, o cür hərəkətlər sənə yaraşır, hamı da bilir ki, belə hərəkətləri ilk dəfə Mübariz edib. 
- Belə anladım ki, sazla etdiyiniz hərəkətlərin ideyasını əməkdar artist Cavanşir Məmmədov veribmiş.

- Bəli, onun ansamblında olanda dedi elə, mən də elədim.

- Daşqın adlı bir gənc aşıq var. O da sazla müəyyən hərəkətlər edir...

- Bəli, Daşqın Gəncəlini deyirsiniz. O da atılıb düşür, sazda caz çalır. Deyirəm ki, qardaş, bunu etmə də. Ayağını aralayıb saz çalır. O da harda saz çalırsa, camaat mənə zəng vurur ki, qardaş, bu niyə belə edir?

- İfasını bəyənirsiniz?

- İfasını da bəyənmirəm. Amma ola bilər ki, ifaçı kimi zəifliyini hərəkətlərlə doldurur. 

- Fərhad Əhlimanoğlunu bəyənirsinizmi?

- Fərhad yaxşıdır, o da atılıb düşürdü. Amma dedim ki, etmə, indi etmir. Yaş keçdikcə düşünürəm ki, kaş Cavanşir Məmmədovun ansamblındakı hərətkətləri etməzdim. İndiki hərəkətlərim özümə də ləzzət edir. Məni toya çağıranlar da indiki hərəkətlərimə görə çağırır. Sazı sinədən yuxarı fırladıram, müxtəlif hərəkətlər göstərirəm. Ancaq əvvəl etdiyim hərəkətləri indiki ağlımla etməzdim.