Gündəm / Siyasət / Dünya

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiya münasibətlərdəki çətinliklərə baxmayaraq, ərazi probleminin həllinə və Rusiya ilə sülh müqaviləsinin bağlanmasına sadiq qalır.

"Kanal14.az" xarici KİV-ə  istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Şiqeru İşiba deyib. 

"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi problemini həll etməyə və sülh müqaviləsi bağlamaqda davam edəcək", - o, parlamentdə əsas nitq söyləyib.