Gündəm / İdman

Azərbaycanın U-17 və U-19 yığmaları seçmə mərhələdə ikinci oyunlarını keçirəcək

Azərbaycanın U-17 və U-19 yığmaları seçmə mərhələdə ikinci oyunlarını keçirəcək

Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcək.

"Kanal14.az" xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gələcək. Rumıniyadakı "Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim Yon Orlik idarə edəcək. Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzub.

Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşacaq. Moldovanın paytaxtı Kişineuda yerləşən "Zimbru-2” stadionunda keçiriləcək görüşün baş hakimi serbiyalı Miloş Milanoviç olacaq. Yığmamız ilk oyunda İslandiyaya məğlub olub – 0:2.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.