Gündəm / Siyasət

Hikmət Hacıyev Ermənistanın COP29-da iştirak etməməsindən DANIŞDI

Hikmət Hacıyev Ermənistanın COP29-da iştirak etməməsindən DANIŞDI

"Təəssüflə qeyd edirik ki, Ermənistan (COP29 - red.) iştirak etməyib".

Bunu "Kanal14.az"a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvətini göndərib: "Ermənistan qeydiyyatdan keçirilsə də, amma hələ də onların nümayəndələrinin iştirakı ilə bağlı məlumat daxil olmayıb. Ermənistan bu tədbirdə iştktak etməklə bundan əlavə regional əməkdaşlıqdan, ölkələrarası təmaslardan danışırsa, bu bir daha onu göstərir ki, Ermənistan tərəfi bu kimi haqardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Ermənistan konvensiya üzvü kimi dəvət almışdı və dəvət alan tərəf kimi tədbirdə iştirak edə bilərdi".