ICC təcavüzdə ittiham olunan prokuror Kərim Xanı araşdıracaq
"Kanal14.az" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
O, əvvəllər cinsi təcavüzdə ittiham olunub. Kərim Xan ittihamları rədd edib.
"Reuters" ICC üzvləri arasında paylanmış daxili sənədə istinadən yazır ki, prokuror istintaq zamanı səlahiyyətlərini dayandırmağa çağırılıb. Təhqiqat Roma Statutunun iştirakçısı olan Dövlətlər Assambleyasının iclasında razılaşdırılıb.
Beynəlxalq Cinayət Məhkəməsi təxminən 120 dövlət tərəfindən imzalanmış Roma Statutuna əsaslanır. Məhkəmənin yurisdiksiyası Rusiya, ABŞ, Çin, İsrail və bir çox başqa ölkələr tərəfindən tanınmır.
2023-cü ilin martında BCM Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın, 2024-cü ilin iyununda isə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. Kərim Xan həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsini istəyib.