Gündəm / Cəmiyyət / Hadisə / Foto

Bu məlumat hər kəsi təəccübləndirəcək - FOTO

Bu məlumat hər kəsi təəccübləndirəcək - FOTO

Məlumdur ki, bir neçə gündür Bakıya arabir yağan yağışlar Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla, paytaxt rayonlarının rəhbərlərinin dövlət büdcəsi hesabına güya gördükləri işləri tam şəffaf şəkildə ortaya çıxarır.

"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl, Sabunçu rayonu ərazisində Yerləşən avtomobil keçid tunelinə yığılan suların iki can aldığı barədə məlumat vermişdik. Bakı şəhər İcra hakimiyyətinin norma olaraq qəbul etdiyi ölçüdən (normadan) artıq yağan yağışların iki can alması xəbəri sosial şəbəkələrdə vətəndaşlar tərəfindən şiddətlə qınandı. Bundan sonra isə aidiyyatı qurumlar dərhal "sudan quru çıxmaq planı"nın icrasına başladılar. Belə ki, FHN əməkdaşlarının yardım cəhdlərininin görüntüləri sosial şəbəkələrdə yayımlanaraq, açıqlama bölməsində rəhmətliklər öz ölümlərində özləri günahlandırıldı.

Vəssəlam... Bununla da ara sakitləşdi. Deyəsən, cəmi bir neçə saatlıq yağışın üzünü qara etdiyi qurum rəhbərləri vəziyyəti öz leyhlərinə dəyişməyi bacarmışdılar.

Tfu... Lənət şeytana...

Budur, bu gün səhər daha bir neçə dəqiqə yağış yağdı. Deyəsən, Eldar Əzizov demişkən bu dəfə də normadan artıq yağan yağışlar Adil Vəliyevin "üzünü qaraltdı". Belə ki, Sabunçu rayonunun müxtəlif ərazilərində yaşayan gənc sakinləri evdən çölə çıxmaq imkanları olmadığından, hərəsi bir yandan öz evinin pəncərəsindən tik-tok sosial şəbəkəsində canlı yayımlar açıblar.

Bu məlumat hər kəsi təəccübləndirəcək - FOTO

Bu məlumat hər kəsi təəccübləndirəcək - FOTO

Sabunçu dəmiryolu vağzalının ətrafı, "Ramanı-Zafxoz" deyilən ərazilərin hazırkı görüntüləri qanunsuz tikintilər və qanunsuz torpaq satışı ilə media gündəmindən düşməyən Sabunçu rayon rəhbərliyinin gördüyü və görmədiyi işlərin aşkar göstəricisidir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl sözügedən rayonun Qambay Vəzirov küçəsindəki qanunsuz tikinti ilə bağlı qanuni tədbir görülməsi üçün rayon rəhbərliyinə yenidən rəsmi sorğu göndərdik. Amma, deyəsən, rəhbərliyin başı hazırda İlahi ədalətlə üz-üzə hesabat verməyə qarışdığı üçün cavabı gecikditməkdədir.

Mövzu diqqətimizdədir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO