Gündəm / Siyasət / Dünya

"Şimali Koreya hərbçiləri 2-3 günə döyüş bölgəsinə göndəriləcək" - Zelenski


Şimali Koreyadan Rusiya Federasiyasına göndərilən hərbçilər oktyabrın 27-28-də Moskva tərəfindən döyüş bölgələrində istifadə olunacaq.

"Kanal14.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin təqdim etdiyi hesabata əsasən deyib: "Kəşfiyyat məlumatlarına görə, oktyabrın 27-28-də Rusiya ilk Şimali Koreya əsgərlərini döyüş bölgələrində istifadə edəcək. Bu, Rusiyanın bu günlərdə Kazanda eşidilən bütün dezinformasiyalardan fərqli olaraq mühüm əhəmiyyət kəsb edən açıq-aşkar artan hərəkətidir. Dünya Rusiyanın əslində nə istədiyini, yəni müharibəni davam etdirmək istədiyini aydın şəkildə görür. Məhz buna görə də dünya liderlərinin prinsipial və sərt cavabı lazımdır".

Zelenskinin sözlərinə görə, Şimali Koreyanın hərbi əməliyyatlarda real iştirakına qapalı gözlərlə və çaşqın şərhlərlə cavab verilməməli, həm Moskvaya, həm də Pxenyana ciddi təzyiq göstərilməlidir.