Gündəm / Siyasət / Dünya

NATO-nun baş katibi bu gündən işi ilə vidalaşır

NATO-nun baş katibi bu gündən işi ilə vidalaşır

NATO-nun Baş katibi Yens Stoltenberq 10 illik vəzifəsindən sonra NATO-nun Brüsseldəki qərargahını tərk edərək, bu gündən yerini Niderlandın keçmiş baş naziri Mark Rutteyə verəcək.

"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, rəsmi təhvil-təslim mərasimindən sonra onlar təşkilatın əməkdaşları qarşısında çıxış edəcəklər.

Rutte daha sonra NATO baş katibi kimi ilk mətbuat konfransını keçirəcək. Niderlandlı siyasətçi alyansın 14-cü rəhbəri olacaq. Onun mandatı beş ildir və uzadıla bilər.