Ərdoğan İran Prezidenti ilə görüşdü
BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
"Kanal14.az" "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı ilə İran prezidenti arasında görüş Nyu-Yorkda Türkevində baş tutub. Binanın girişində Pezeşkianı Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın qarşılayıb.
Prezidentlərin görüşü mətbuata qapalı keçirilib.