Gündəm / Cəmiyyət / Sosial

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edildi


"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1133-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və kişilərə də şamil ediləcək.

Eyni zamanda, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və kişilərə aylıq müavinətlər (yaşa görə, o cümlədən) təyin ediləcək.