Narinin anası və qardaşı həbs edildi
Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər məhkəmə zalında həbs edilib.
"Kanal14.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Narinin qətli ilə bağlı aparılan istintaq çərçivəsində növbətçi cəza hakimliyinə sövq edilən şübhəlilər arasında aralarında anası Yüksel Güran, qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya yer alıb.
Onlardan 4-ü məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.
Avqustun 21-də Mərkəzi Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən və sentyabrın 8-də dərədə meyiti tapılan Narin Güranın qətli ilə bağlı Diyarbakır Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.