Gündəm / Siyasət / Cəmiyyət / Dünya

"Paşinyanın Bakıya getməsini tələb edirik" - İrəvanda aksiya


Ermənistanın "Birgə" hərəkatı hökumət binası yaxınlığında etiraz aksiyası keçirir.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Aksiya iştirakçıları Ermənistan hökumətindən Nikol Paşinyanın Bakıya getməsini tələb edib.

"Nikol Paşinyanın Bakıya getməsini, COP29-da iştirakını və əsir və köçkünlərin qaytarılması, Qarabağda erməni mədəniyyət abidələrinin qorunması və s. haqqında çıxış etməsini tələb edirik. Hökumət bu istiqamətdə heç bir addım atmır", - deyə koordinasiya şurasının üzvü Narine Dilbaryan qeyd edib.